Əfqan qadınlar etiraza başladı – “Geyimimə toxunma“backend

Əfqan qadınlar etiraza başladı – “Geyimimə toxunma“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar bir çox əfqan qadını rəngarəng milli geyimlərlə şəkillərini sosial şəbəkələrdə paylaşır.

Yenisabah.az xəbər verir ki, Əfqanıstan zərif cins nümayəndələri “Geyimimə toxunma”, “Əfqanıstan mədəniyyəti” həştəqləri ilə çoxsaylı paylaşımla diqqəti çəkib.

Onlar “Taliban”ın yeritmək istədiyi şəriət hökmlərinə, xüsusən, burqa taxmaq məcburiyyətinə qarşı çıxıblar.

Hüquqlarının zədələndiyinə etiraz edən qadınlar hərəkətə keçiblər.

Digər tərəfdən, bir neçə gün əvvəl Kabildəki İbn Sina  Universitetində oğlan və qız tələbələrin auditoriyada pərdə ilə ayrılması qlobal mediada etiraz dalğası doğurub.

Sosial mediada bir çox əfqan qadın bu ayrıseçkiliyin Əfqanıstanın ənənələrinə uyğun olmadığını bildirib.

XP

Əfqan qadınlar etiraza başladı - “Geyimimə toxunma“
Əfqan qadınlar etiraza başladı - “Geyimimə toxunma“