Cənubi Amerika ölkəsi Ekvadorda 7 həbsxanada baş verən iğtişaş nəticəsində girov götürülən mühafizəçilərin xilas edildiyi açıqlanıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Prezident Daniel Noboa 7 həbsxanada girov saxlanılan məmurların xilas edildiyini açıqlayıb.
Noboa Milli Polisi və Silahlı Qüvvələri inzibati heyətin azadlığını bərpa etmək üçün göstərdikləri səylərə görə təbrik edib.
Noboa bildirib ki, dəstələrin əlində girov olan mühafizəçiləri və polisləri xilas etmək üçün çox çalışıblar.
Yanvarın 8-də 7 həbsxanada mütəşəkkil cinayətkar təşkilatların üzvləri iğtişaşlar törədib və 178 mühafizəçi girov götürülüb.
Bu iğtişaşlar zamanı “Fito” ləqəbli dəstə lideri Adolfo Macias Salazarın və bir neçə məhbusun həbsxanalardan qaçdığı hesab edilir.