Cənubi Amerika ölkəsi Ekvadorda şiddətin artması və Manta merinin qətlindən sonra iki ştat və bir regionda fövqəladə vəziyyət elan edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ekvador prezidenti Gilyermo Lasso zorakılığın baş verdiyi ərazilərdəki inkişafı və zorakılıqla mübarizə üsullarını müzakirə etmək üçün yerli hakimiyyət orqanları və Təhlükəsizlik Şurası ilə görüşüb.
Manabi və Los Rios ştatlarında, eləcə də Duran bölgəsində hökumətin elan etdiyi fövqəladə vəziyyət çərçivəsində 60 gün davam edəcək gecə komendant saatı tətbiq edilib.
Milli Həbsxanalar Agentliyinin (SNAI) verdiyi açıqlamada 5 fərqli həbsxanada 90-dan çox mühafizəçinin məhbuslar tərəfindən girov saxlandığı, son günlər məhkumlar arasında baş verən qarşıdurmalarda isə 6 nəfərin öldüyü bildirilib.
Mer atışma nəticəsində həlak olub.
Daxili işlər naziri Xuan Zapata Manabi əyalətinin Manta şəhərinin meri Aqustin İntriaqonun iyulun 23-də silahlı hücum nəticəsində öldüyünü açıqlayıb.
Səlahiyyətlilər hücumda yaralanan qadının da öldüyünü qeyd edib.
Lasso hücumu pisləyib və məsul şəxslərin tapılması və məsuliyyətə cəlb edilməsi üçün lazımi resursları səfərbər etməyi tapşırdığını bildirib.
Ölkənin mühüm limanlarından biri olan Manta, beynəlxalq cinayət təşkilatları və narkotik kartellərinin limana nəzarəti ələ keçirməsi üçün son illərdə münaqişələrə və narkotik qaçaqmalçılığı hadisələrinə səhnə olub.
Bir çox bölgədə zorakılığın davam etdiyi Ekvador gələn ay keçirilməsi planlaşdırılan ümumi seçkilərə hazırlaşır.
Hazırkı prezident Lasso may ayında parlamentdə keçirilən impiçment səsverməsindən sonra Konqresi buraxdı və avqustun 20-də növbədənkənar seçkilərə yol açıb.
Prezidentliyə namizədlər İntriaqoya hücumu pisləyərək, ölkənin təhlükəsizlik böhranını həll edəcəklərini bildiriblər.