“Daha ədalətli dünya üçün çalışmalıyıq”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iqtisadiyyat və ticarət nazirlərinin 39-cu iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu, bəşəriyyətin həm də gələcək nəsillər üçün məsuliyyətidir.
R. T. Ərdoğan söyləyib ki, BMT bu gün vəzifələrini yerinə yetirə bilmir.