Erməni minaları: “Onları çaylar vasitəsilə də Azərbaycana yönəltmək mümkündür“backend

Erməni minaları: “Onları çaylar vasitəsilə də Azərbaycana yönəltmək mümkündür“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin bitməsindən 1 ildən çox zaman keçsə də, hazırda Ermənistanda mina istehsalı ilə məşğul olan 2 zavod fəaliyyət göstərir. Müharibədən sonra silahlananmanı davam etdirən Ermənistan bunu öz revanşist bəyanatları ilə də bildirməkdən çəkinmir. Həmçinin, Ermənistan xaricdən silah alışını da getdikcə çoxaltmağa çalışır.

Ermənistanın ən böyük silah tədarükçüsü kimdir?

Mina istehsalının dayandırılmaması nə ilə bağlıdır?

Ermənilər həmin minaları Azərbaycana qarşı istifadə edə bilərmi?

Yenisabah.az-ın suallarını cavablandıran ehtiyyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev bildirib ki, əslində, sülh sazişi yoxdursa, silahlanma bitməyəcək:

“Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizi, Qarabağ məsələsinin tam həlllinə müsbət yöndə yanaşmadığına görə müharibənin yenidən başlaması gözləniləndir. Silahlanma və ordunun yenidən qurulması da buna sübutdur.

Mina istehsalına gəlincə, bu zavodlar piyada əleyhinə minaların istehsalı üçün qurulub. 30 illik işğal dövründə bütün işğal olunmuş ərazilərimizə, xüsusilə, Ağdamda “Ohanyan xətti”nə tank və və piyada əleyhinə saysız-hesabsız minalar basdırılıb. Onlar bunu Rusiyadan idxal edirdilər, amma plastik minaların hamısı öz istehsallarıdır.

Ermənilər növbəti mərhələdə minaları iki yöndə istehsal edəcək: birincisi, yeni yaranan sərhəd infrastrukunun minalanması, yəni özlərinə təhlükəsiz bölgə yaratmaq üçün; ikincisi, Azərbaycana qarşı terror məqsədi ilə. Həmin minaların bir çoxu Ermənistandan axıb gələn çaylar vasitəsilə Azərbaycana yönəltmək mümkündür. Minaları müxtəlif oyuncaqlar şəklinə salmaq, uşaqlara, yaxud ümumən mülki insanlarımıza qarşı yönəltməyə cəhd göstərəcəklər”.

E. Şıxəliyev əlavə edib:

“Biz ermənilərin xislətini bilirik. Onlar aktiv müharibəni uduzsa da, sonrakı mərhələdə revanşist meylləri davam etdirməyə çalışacaqlar. Gələcəkdəonların kəşfiyyat-diversiya qruplarının ərazilərimizə sızması, o bölgələrdə qurulacaq müəyyən dövlət əhəmiyyətli obyektlərimizi, cığırlarımızı, yollarımızı və digər infrastrukturların minalanmasında həmin minalardan istifadə etmə ehtimalları mümkündür.

Ümumən silahlanma məsələsinə gəlincə, əgər Ermənistan revanşist bəyanatlar verirsə, deməli, istəyirlər ki, ordunu modernləşdirsinlər. Onlar ordunun komplektləşdirilməsini mövcud silahlar və Rusiyadan sonrakı silah tədarükü ilə təmin edəcəklər. Silah arsenalının 90%-i Rusiya istehsalıdır”.

“Ümumiyyətlə, silah idxalında istiqaməti dəyişdirmək elə də asan deyil. Çünki silah-sursat, texnika, aviasiya vasitələri varsa, onların texniki xidmət məsələlərini də nəzərə alınır. Xüsusən, hava hücumu və havadan müdafiə vasitələri, habelə tanklar, döyüş maşınlar və s. yenidən alınmasında mütləq şəkildə Rusiya ilə bağlılıq davam etdirəcəklər.

Rusiya bu silahları hansı güzəşt şərtilə onlara verə bilər. Əslində, Rusiya bunu etməyə maraqlı olacaq, çünki Cənubi Qafqazdakı marağı həm qalib, həm də məğlub tərəfi silahlandırmaqdır. Rusiyanın bu coğrafiyada konfliktlərin qalmasında marağı qismən də silah satışını həyata keçirmə istəyi ilə bağlıdır.

Ermənistan ordusu arsenalının 60%-nin sıradan çıxarılması, yaxud hərbi qənimət götürülməsini nəzərə alsaq, silahlanmaya ehtiyac böyükdür. Amma bu, böyük zaman alacaq. Ən azı 10 il itkiləri bərpa etməyə çalışacaqlar”, – deyə mütəxəssis fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

Erməni minaları:  “Onları çaylar vasitəsilə də Azərbaycana yönəltmək mümkündür“