Avropa İttifaqı Ukrayna üçün “B planı” axtarır.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Belçikanın dondurulmuş Rusiya aktivlərindən istifadəyə veto qoymasından sonra Avropa İttifaqı Ukraynanın maliyyələşdirilməsi üçün alternativ variantlar üzərində işləyir.
Nəşrin məlumatına görə, Avropa Komissiyası üç mümkün ssenari hazırlayır:
-
Ukraynaya dəstək məqsədilə ortaq borc emissiyası;
-
Rusiya aktivləri əsasında təzminat krediti;
-
maliyyələşmənin dayandırılması (bu variantı əsasən Macarıstan dəstəkləyir).
Ekspertlər qeyd edirlər ki, bir sıra Aİ liderləri sammit zamanı ortaq borcun zəruriliyini vurğulayıblar. Lakin bəzi ölkələr bu ideyaya borc yükü və daxili siyasi risklər səbəbindən qarşı çıxır.
Qərarın 18 dekabradək qəbul ediləcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az






