Bakı metrosunda NFC ödənişlərə başlanılıbbackend

Bakı metrosunda NFC ödənişlərə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunda NFC ödənişlərə başlanılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib. Qeyd edilib ki, artıq metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəniş etmə imkanı yaradılıb.

“Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında (“Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq. Sınaq mərhələsində texniki çətinlik yaranarsa, “BakıKart” və ya digər ödəniş üsullarından yararlana bilərsiniz”- açıqlamada deyilir.