“Ermənistan məzuniyyətdədir – məzuniyyətdən qaytarılmalıdır”.
İnterpress.az xəbər verir ki, bunu mayın 6-da yürüş zamanı jurnalistlərlə söhbətində erməni müğənni, müharibədə məhv edilən hərbçi Vardan Amalyanın atası David Amalyan deyib.
O bildirib ki, ölkə məzuniyyətdədir, onu məzuniyyətdən qaytarıb dövlətyönlü hakimiyyət etmək lazımdır.
Hakimiyyətin müqavimət olarsa, müharibənin qarşısını almaq mümkün olmadığı barədə bəyanatına toxunan Amalyan deyib:
“Hakimiyyət nə istəsə deyəcək, onlara qulaq asmayın. Əlbəttə, biz hamımız xəyal edirik ki, müharibə olmayacaq. Amma müharibənin alternativi başqa bir pis müharibədirsə, mən bununla razı deyiləm”.
Qeyd edək ki, artıq üçüncü gündür ki, ermənilər Kirantsdan başlayan yürüş keçirirlər. Onlar mayın 9-da günorta saatlarında İrəvan Respublika meydanına çatmaq niyyətindədirlər.
Xuraman Etibarlı
İnterpress.az