Erməni politoloq: “Şuşa əsl sahibinin əlində alınmaz bir qaladır”backend

Erməni politoloq: “Şuşa əsl sahibinin əlində alınmaz bir qaladır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqazda dominantlığın real açarı Şuşaya nəzarətdədir”. bunu Ermənistanda tanınmış ictimai xadimi, politoloq Avetik Çələbyan feysbuk səhifəsində yazıb.

“Şuşa ilahinin yaratdığı qaladır. Oradan Qarabağın əhəmiyyətli hissəsinə faktiki nəzarət edilir. Bu həm də bütövlükdə Qarabağ üzərində hakim mövqedə olmaqdır”, – A.Çələbyan yazıb.

Onun yazdığına görə, Şuşa ermənilərin əlində olanda, Ermənistan bütövlükdə Qarabağa, Araz çayı boyu İranla sərhədə nəzarət edib: “Biz regionda hərbi-siyasi cəhətdən dominant güc idik. İndi biz rolumuzu dəyişmişik. Onlar (Azərbaycanı nəzrədə tutur- red.) baş roldadır”.

O bildirib ki, yazıqlaşan Ermənistan indi İran və Rusiyaya baxır.

“Şuşa təbii gücü ilə əlçatmaz, səmadakı qartalların qalası, əsl sahibinin əlində alınmaz bir qaladır”,- yazan müəllif gələcəkdə bu qalanın daha güclünün əlində olacağını vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında bildirmişdi ki, Şuşa ermənilərə lazım deyil: “Əgər lazım olsa idi, on illər boyu ora sərmayə qoyulardı”.