Ermənilər xalq, millət deyil, insan sürüsüdür“ – Armen Aşotyanbackend

Ermənilər xalq, millət deyil, insan sürüsüdür“ – Armen Aşotyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük müharibədəki acınacaqlı məğlubiyyətin Ermənistan cəmiyyətində yaratdığı şok, müharibənin bitməsindən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də özünü biruzə verməkdədir. Müharibə zamanı ordudakı kütləvi fərarilikdən tutmuş dövlət, ordu və cəmiyyət olaraq ermənilərin öz barələrində indiyə qədər yaratdıqları miflərin puç çıxması faktına qədər bir çox amillər böyük xəyal qırıqlığı yaradaraq, erməniləri acı reallıqla üz-üzə qoyub. 

Artıq iş o yerə çatıb ki, bir çox erməni siyasi fiqurlar, tanınmış ictimai xadimlər və s. öz millətini və dövlətini təhqir edəcək həddə çatıblar. Onların sırasında xüsusilə də son seçkidə uduzan müxalif siyasi qüvvələrin təmsilçiləri daha böyük üstünlük təşkil edirlər.

Yenisabah.az xəbər verir ki, Ermənistanın sabiq Prezidenti Serj Sarqsyanın yaxın adamlarından biri, onun rəhbərlik etdiyi Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın “feysbuk”dakı son paylaşımı böyük səs-küyə səbəb olub. Siyasətçi sözün əsl mənasında erməni dövlətini və millətini təhqir edərək, erməniləri xalq, millət yox, populyasiya, yəni bir növ insan sürüsü adlandırıb: “Danılmaz faktdır ki, artıq bizim dövlətimiz yoxdur. Ermənistan üzv ölkələr siyahısında hardasa Argentina ilə Avstraliya arasında yalnız əlifba nişanı, ritual detal, siyasi anlaşılmazlıqdır.

Bizim artıq dövlətimiz yoxdur, özü də təkcə kapitulyantın günahından yox. Səbəb daha dərindədir. Dövlətləri millətlər yaradır. Bizdə artıq Ermənistan Respublikası yoxdur, çünki bizdə erməni milləti yoxdur. 29 min kvadrat kilometrlik ərazidə millət əvəzinə erməni əhalisi, bioloji populyasiya yaşayır. Populyasiyaların isə dövləti ola bilməz, ən yaxşı halda arealı (sahəsi) olar. Başqa sözlə, ermənilər artıq siyasi varlıq deyil, sadəcə, etnoqrafik altnövdürlər, hansı ki, bu templərlə tezliklə “Qırmızı kitab”a düşəcəklər. Dövlətsə ona görə yoxdur ki, onu yaradan xalq sadəcə, yoxa çıxıb”. (AzPolitika.info)