Biz ermənilərə əlimizdən gələni etməyə çalışdıq, amma onlar Qərbə, Aİ-yə getmək istəyirlər.
İnterpress.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Belarusda yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşdə bildirib.
Lukaşenko “Ermənistanla yaxşı münasibətlərin qorunmasının tərəfdarı olduğunu” bildirib.
“Yaxşı olardı ki, biz bütün çatışmazlıqlara və nüanslara baxmayaraq, əvvəlki kimi Ermənistanla yaxşı münasibətlər qura bilək. İnanın ki, bu, qətiyyən bizim günahımız deyil.
Biz ermənilərə hər cür kömək etməyə çalışdıq, ən yaxın adamlarla əməkdaşlıq etdik, hər cür köməklik etdik. Amma görürsən, onlar Qərbə, Aİ-yə getmək istəyirlər”, – Lukaşenko deyib.
Daha sonra o əlavə edib:
“Ermənilər çox ağıllı insanlardır. Yaxın gələcəkdə onlar xoşbəxtliklərinin harada olduğunu anlayacaqlar”.
Xuraman Etibarlı
İnterpress.az