Ermənistanda etirazçılar Gümrü-Yerevan yolunu bağladılarbackend

Ermənistanda etirazçılar Gümrü-Yerevan yolunu bağladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Araqasotn rayonunun Artenik kənd sakinləri Gümrü-Yerevan avtomobil yolunu hər iki istiqamətdən bağlayıb.

 

İnterpress.az xəbər verir ki, bu barədə “Арменпресс” məlumat yayıb.

 

Məlumata görə, mayın 16-da kəndin əkin sahələrinə gələn suyun qarşısı kəsilib: “Kəndlilərin 40 faizi əkin sahələrini suvarsa da, 60 faizi suvarmayıb. Kənd adminstrasiyası bildirib ki, bu problemi suvarma şirkəti həll edə bilər. Çünki suyun qarşısını onlar kəsiblər”.

 

Kənd sakinləri yolu bağlamaqla problemin həlli üçün müvafiq qurumların diqqətini cəlb etmək istədiklərini bildiriblər.

 

 

İnterpress.az