Ermənistanda hərbçi təlim zamanı ÖLDÜbackend

Ermənistanda hərbçi təlim zamanı ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hərbçi təlim zamanı ölüb.

İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə İstintaq Komitəsinin məlumat yayıb. Məlumata görə, faciəvi hadisə mayın 26-da baş verib.

Hərbi texnika dayanmış “Ural” yük maşını ilə toqquşub. Kabinədə olan hərbçi A.Aroyan kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb və tezliklə orada dünyasını dəyişib.

Faktla bağlı avadanlığın istismarı qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb.

Ekspertiza təyin edilib, şahidlər dindirilib. Hadisəni törədənlərin halları və dairəsi dəqiqləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az