Ermənistanda hərbi hissəyə HÜCUM: Üç nəfər HƏBS EDİLDİbackend

Ermənistanda hərbi hissəyə HÜCUM: Üç nəfər HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hərbi hissəyə soxularaq zorakılıq tətbiq edən 3 nəfər saxlanılıb.

interpress.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Bildirilir ki, 3 nəfər hərbi hissənin ərazisinə qanunsuz daxil olmaq, xuliqanlıq və hərbi qulluqçulara qarşı zorakılıq tətbiq etməkdə ittiham olunaraq saxlanılıb.

Belə ki, 7 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində Sisian sakinləri olan bir qrup erməni özlərinə yaxın çağırışçı əsgərlə bağlı xidməti məsələni aydınlaşdırmaq məqsədilə Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olublar.

Onlar hərbi hissə üzrə növbətçinin tələbi ilə hərbi hissənin ərazisini tərk etdikdən sonra darvaza qarşısında həmin hərbi hissənin taborunun zabiti və 1 nəfər müqaviləli hərbi qulluqçu ilə mübahisə ediblər. Mübahisə zəminində adıçəkilən hərbçilərə bədən xəsarətləri yetiriblər.

Xuraman Etibarlı

İnterpress.az