Ermənistanda “Surb Astvatsatsin” məbədi qarət edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Shamshyan.com kriminal xəbər saytının məlumat yayıb. Hadisə oktyabrın 25-də Lori bölgəsində baş verib.
Polisə Axtala şəhərində “Surb Astvatsatsin” məbədinin qarət edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Bildirilib ki, gecə saatlarında naməlum şəxs (və ya naməlum şəxslər) məbədinn ofisinə və kilsəyə daxil olublar. Məbədin qapısını sındıraraq oradan pul və xaç oğurlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları zəruri əməliyyat-axtarış və istintaq hərəkətlərini həyata keçirirlər.
Xuraman Etibarlı
İnterpress.az