Ermənistan sakinləri üçün seçim azadlığı həmişəlik unudulmalı olacaq.
İnterpress.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Amir Xamitov deyib. Xamitov Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbin “həyatının ağalarına” doğru can atması tələskənliyindən heyran qalıb.
Onun sözlərinə görə, Paşinyan xalqın iradəsinin nəticələrini belə bilmədən və hətta planlaşdırmadan belə, öz iradəsini ortaya qoymağa hazırdır.
Xamitovun qeyd edib ki, AB-yə daxil olmaq plan ilə Ermənistanın kimliyi, eləcə də onun sakinlərinin seçim azadlığı həmişəlik unudulmalı olacaq.
Xatırladaq ki, bu gün Ermənistan hökuməti ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.
Eyni zamanda, Paşinyan özü bəyan edib ki, Aİ-yə daxil olmaq qərarı yalnız referendum yolu ilə verilə bilər, baxmayaraq ki, ötən ilin iyulunda onun məqsədəuyğun olmamasından danışıb.
Xuraman Etibarlı
İnterpress.az