Əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açıldıbackend

Əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Borclu şəxs qismində axtarılan 26 nəfər saxlanılıb

 

Daxili İşlər Nazirliyi (DİN) aprelin 1-də qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıblar.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

 

       İnterpress.az