Filippində “Mavar” qasırğası tüğyan edir: minlərlə insan təxliyə edilibbackend

Filippində “Mavar” qasırğası tüğyan edir: minlərlə insan təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində təsirli olacağı gözlənilən Mavar qasırğası səbəbindən ölkənin şimalında minlərlə kənd sakini təxliyə edilib, rəsmi qurumlar və məktəblər bağlanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Ölkənin şimal-şərqindəki Batanes vilayətinin qubernator müavini İqnasio Villa verdiyi açıqlamada, bölgədə təsirli olması gözlənilən Mavar tayfunu səbəbiylə sel və torpaq sürüşməsi təhlükəsi səbəbiylə kəndlərdən 4800 nəfərin təxliyə edildiyini bildirib.

Regiondakı rəsmi qurumların və məktəblərin də tədbir olaraq bağlandığını bildirən Villa təxliyyə ediləcək insanların sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edib. Villa açıq dənizdə səyahət etməyin təhlükəli ola biləcəyinə də diqqət çəkib.

Səlahiyyətlilər öz açıqlamalarında hərbi hissələrin, polisin, yanğınsöndürənlərin və könüllü dəstələrin axtarış-xilasetmə əməliyyatlarına hazır olduqlarını qeyd edərək, ehtiyat tədbiri olaraq bir milyondan çox yemək hazırlandığını bildiriblər.

Filippin Mülki Müdafiə İdarəsinin rəis müavini Raffy Alejandro açıqlamasında deyib: “Günəş nə qədər isti olsa da, bu günlərdə hava gözlənilməzdir və hər an dəyişə bilər. Ona görə də biz həmişə təhlükəsiz yerlərdə qalmalıyıq”.