“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
İnterpress.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Bildirilib ki, “Bakı Metropoliteni” QSC metropolitenin iş rejiminin uzaldılması ilə bağlı yarış təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib:
“Avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və bu ayın 14-dən 15-nə keçən gecələr Bakı metropoliteninin iş rejimi iki saat uzadılacaq. Şənbə və bazar günlərinə keçən gecələr isə metropolitenin bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək”.