Gədəbəydə 59 yaşlı kişi bıçaqlanaraq öldürülübbackend

Gədəbəydə 59 yaşlı kişi bıçaqlanaraq öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəydə 59 yaşlı kişi bıçaqlanaraq öldürülüb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 15-də 1963-cü il təvəllüdlü Məsim Pirverdiyevin Gədəbəy rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1964-cü il təvəllüdlü Mahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Məsim Pirverdiyevə ürək nahiyəsindən bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir