Gəncə sakinindən narkotik götürülübbackend

Gəncə sakinindən narkotik götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə sakinindən narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Nicat Musayev saxlanılaraq şöbəyə gətirilib. Ona məxsus avtomobilə baxış keçirilən zaman yük yerindən 3 kq-dan artıq çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.