Gəncədə yol qəzası: sürücü yaralandıbackend

Gəncədə yol qəzası: sürücü yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə şəhərin şərq çıxışında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel” markalı minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildiririlir.

Faktla bağlı araşdırma aparılır.