Goranboyda maşın aşdı: Yaralanan varbackend

Goranboyda maşın aşdı: Yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ağcakənd qəsəbəsində baş verib.

İlkin məlumatlara görə, “Mitsubishi Pajero İO” markalı avtomobil yol kənarındakı arxa düşüb. Nəticədə avtomobildə olan sərnişin 1939-cu il təvəllüdlü G.Məmmədovanın qolu sınıb.

İlkin ehtimallara görə qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.

 

 

İnterpress.az