Gürcüstanda bar Rusiyadan gələnlər üçün “giriş vizası” tətbiq etdi: “Krım Ukraynadır”- FOTObackend

Gürcüstanda bar Rusiyadan gələnlər üçün “giriş vizası” tətbiq etdi: “Krım Ukraynadır”- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda “Dedaena Bar” rusiyalılar üçün “giriş vizası” tətbiq edib. Bu viza sorğunun nəticələrinə əsasən verilir.

Bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.

İndi barı ziyarət etmək üçün xüsusi bir anket doldurmaq tələb olunur. Bu anketdə dünyada geosiyasi vəziyyətlə bağlı suallar toplanıb. Anketlər iki dildə verilir: ingilis və rus. Tələblərdən biri də budur ki, rusiyalı ziyarətçilər barın heyəti ilə rus dilində danışmayacaqlarına və siyasi müzakirələr təşkil etməyəcəklərinə söz verməlidirlər.

Suallara görə, bara daxil olmaq istəyən rusiyalı ziyarətçilər “Krım Ukraynadır”, “Abxaziya və Sxinvali bölgələri Gürcüstandır” fikri ilə razılaşmalıdırlar. Eyni zamanda “Slava Ukraine!” ifadəsini dəstəklədiklərini və Rusiyanın Ukraynaya təcavüzünü pislədiklərini təsdiqləməlidirlər.

Barın administrasiyası rəsmi internet saytında bu addımın səbəbini açıqlayıb. Bildirilib ki, buna səbəb “mürəkkəb siyasi vəziyyət və özünü pis aparan bəzi pis rusiyalılar”dır.

 

Mənbə: Gazeta.ru