Haiti prezidentini öldürən şəxsin yerini deyənə böyük məbləğdə pul söz verilibbackend

Haiti prezidentini öldürən şəxsin yerini deyənə böyük məbləğdə pul söz verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haiti hökuməti sui-qəsd nəticəsində öldürülən prezident Jovenel Moizin qətlində iştirak edən üç şəxsin yerini deyənlərə 60 min dollardan çox pul ödəniləcəyini açıqlayıb.

Bu barədə İspaniyanın EFE agentliyi məlumat yayıb.

Bundan əlavə qeyd olunur ki, axtarılanlar arasında Haitinin kassasiya məhkəməsinin keçmiş hakimi Vendel Kok-Telo, ədliyyə nazirliyinin keçmiş əməkdaşı Josef-Feliks Badiyo və keçmiş senator Con-Joel Josef də var.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz yeddi iyulda yaşadığı iqamətgaha silahlıların hücumu nəticəsində qətlə yetirilib.