Haitidə ABŞ səfirliyinin korteji atəşə tutulubbackend

Haitidə ABŞ səfirliyinin korteji atəşə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Haitidəki səfirliyinin avtomobil korteji naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub.

Bu barədə “Gazette Haiti” portalı səfirliyin bəyanatına istinadən məlumat yayıb.

Hücum Haitinin paytaxtının şimal-şərq hissəsində yerləşən Port-o-Prens şəhərində, silahlı dəstə üzvlərinin nəzarətində olan Krua-de-Buket bölgəsində baş verib.

Qeyd olunub ki, diplomatik nümayəndəliyin əməkdaşlarından heç biri xəsarət almayıb.