Bu, məhkəməyə hörmətsizlikdir, çıxarın qulaqcığı, icazə vermirəm!
İnterpress.az xəbər verir ki, bunu İrəvanda keçirilən məhkəmədə hakim Robert Koçaryana qulaqcıq taxdığına görə irad bildirib.
Hakim Sarkis Petrosyan etirazını ifadə edərək, sözün əsl mənasında Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryana qulaqcıqlarını çıxartmağı əmr edib və onun videoya baxdığını iddia edib.
“Nəticələrinizi özünüzdə saxlayın, siz mənim nə etdiyimi bilmirsiniz, ancaq mənim izlədiklərim barədə fərziyyələr irəli sürürsünüz”, – Robert Koçaryan cavab verib.
Onun vəkili Aram Orbelyan bildirib ki, iraddan apellyasiya şikayəti veriləcək.
Xuraman Etibarlı
İnterpress.az