Halk TV-nin jurnalistləri SAXLANILDI – FOTObackend

Halk TV-nin jurnalistləri SAXLANILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Halk TV şirkətinin jurnalistləri saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, Halk TV-nin proqramçısı Barış Pehlivan, proqramın aparıcısı Seda Selek və kanalın meneceri Serhan Asker saxlanılıb. Onlar “söhbətləri lentə almaqda” ittiham olunurlar.

İstanbul Baş Prokurorluğu jurnalist Barış Pehlivan, aparıcı Seda Selek və Halk TV-nin meneceri Serhan Askerin “şəxslər arasında danışıqları dinləmək və qeydə almaq” və “ekspertə təsir etməyə çalışmaq” ittihamları ilə saxlanıldığını bildirib.

Baş Prokurorluq da bu cinayətlərə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğunu açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az