Həkim nənə 10 aylıq nəvəsini avtomobildə UNUTDU: Körpə ÖLDÜ – FOTObackend

Həkim nənə 10 aylıq nəvəsini avtomobildə UNUTDU: Körpə ÖLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də 61 yaşlı həkim nənə 10 aylıq nəvəsini avtomobildə unudub, körpə ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

ABŞ-də 61 yaşlı həkim Steysi işə gedərkən 10 aylıq nəvəsi Skottini avtomobildə unutduğunu xatırlamayıb.

Körpə arxa oturacaqda uşaq kreslosuna bağlanmış vəziyyətdə təxminən 8 saat avtomobildə qalıb.

Hadisə zamanı havanın temperaturunun təxminən 40 dərəcə olduğu bildirilib.

Qadın yalnız axşam saatlarında uşağın avtomobildə olduğunu xatırlayıb və dərhal dayanacağa gedib.

Körpə avtomobildən çıxarılsa da, həkimlərin reanimasiya cəhdləri nəticə verməyib və onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az