Hərbi Prokurorluq: Hərbi hissə komandiri polkovnik Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçilibbackend

Hərbi Prokurorluq: Hərbi hissə komandiri polkovnik Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilməsi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İnterpress.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

O bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq “Bizim.media” yayıb.