Hesablama Palatasının hesabatına baxılacaqbackend

Hesablama Palatasının hesabatına baxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatasının 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı Milli Məclisdə müzakirə olunacaq.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçiriləcək iclasında Hesablama Palatasının hesabatına baxılacaq.

Məlumat üçün bildirək ki, Hesablama Palatasının hesabatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə daxil olub.

Aprelin 8-də keçiriləcək həmin iclasa parlamentin 5 komitə sədri də qatılacaq.

Eyni zamanda, ictimai sektorda çalışan nümayəndələr də Hesabalama Palatasının fəaliyyətinin müzakirəsində iştirak edəcək.

 

 

İnterpress.az