Hizbullah liderinə təzyiq girovların azad edilməsi ilə bağlı razılaşmanın əldə olunmasına kömək edə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Netanyahu Nazirlər Kabinetinin iclasında bildirib.
“Hizbullah lideri Nəsrullaha təzyiq girovların azad edilməsi ilə bağlı razılaşmanın əldə olunmasına kömək edə bilər”, – Netanyahu deyib.
O əlavə edib ki, İsrailin məqsədi “Livan cəbhəsi ilə Qəzza cəbhəsi arasında oktyabrın 8-də qurulan əlaqəni kəsməkdir”.
Qeyd olunur ki, əksər nazirlər Hizbullaha qarşı zərbələrin davam etdirilməsinin tərəfdarı olublar.
Mənbənin sözlərinə görə, nazirlər hesab edirlər ki, İsrail genişmiqyaslı müharibəyə getmək niyyətində deyil, lakin ola bilsin ki, məhz bu, baş verəcək.
Xuraman Etibarlı
İnterpress.az