İdarəolunmaz vəziyyətə çatmış ölkəbackend

İdarəolunmaz vəziyyətə çatmış ölkə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdarəolunmaz vəziyyətə çatmış ölkə

Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev həyat və fəaliyyətini Azərbaycan xalqının müstəqilliyinin inkişafına həsr etmişdir. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra daxili və xarici düşmənlər “Parçalamaq siyasəti” yeritməyə başladılar.

1993-cü il idi. Bir tərəfdən torpaqlarımız işğal edilmiş, digər tərəfdən ölkənin daxilində təcrübəsiz siyasətçilər hakimiyyət uğrunda mübarizə aparırdılar. Azərbaycan xalqının ən çətin dövrü idi.

Müxtəlif siyasi və hərbi qruplaşmalar arasında gedən daxili mübarizə Respubilikanı süquta doğru aparırdı. Bu zaman tarix səhnəsinə yenidən Heydər Əliyev çıxdı. Ölkədə sabitliyi və müstəqil dövlətçilik ənənələrini qoruyub saxlamaq üçün xalq və dövlət Heydər Əliyevə müraciət etdi. Azərbaycanın ictimai və siyası xadimləri, elm adamları Heydər Əliyevə müraciət etdilər. Bu zaman Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri kimi fəliyyət göstərirdi. O zaman Naxçıvan blokadada idi. Bu çətin vəziyyətdən Respublikanı çıxardan Türkiyə və İran dövlətləri ilə əlaqələr qurub əhalinin ərzaq və digər problemlərini həll edən məhs Heydər Əliyev idi.

Ümummilli lider Heydər Əliyev elə bir şəxsiyyət və dövlət xadimi idi ki, hadisələri öncədən görürdü. Buna görə də xalqı başsız, dövləti sahibsiz qoya bilməzdi. Azərbaycan dövlətinin inkişafinda Heydər Əliyevin 30 illik bir əməyi var idi. O,deyirdi: “Yeri gələrsə mən bu dövlətin müstəqilliyi və azadlığı üçün nəinki öz canımı, hətta iki övladımı da qurban verərəm”.1993-cü il iyun ayının 15-i Heydər Əliyevi Naxçıvandan Bakıya gətirdilər. Bu gün xalqın xilası günü idi. Beləliklə,1993-cü il 15 iyun tariximizə “Qurtuluş günü” kimi daxil oldu. Bugünkü nailiyyət və uğurların başlanğıcı 1993-cü il iyun ayının 15-dən başladı.

Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib;

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

 

Suraxanı rayonu, N.Əliyev adına

282 №-li tam orta məktəbin

direktoru Əlirzayev Camal