İlham Əliyev: “Buradan Naxçıvana yol açılacaq”backend

İlham Əliyev: “Buradan Naxçıvana yol açılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mən birinci dəfə gələndə Mincivana getdim, orada dəmir yolu stansiyasının önündə Azərbaycan xalqına müraciət etdim. Orada demək olar ki, hər şey dağıdılıb. Bir şey yoxdur, dəmir yollarını onlar çoxdan daşıyıb aparmışdılar. O relslərdən tank əleyhinə istehkamlar qurmuşdular. Stansiyanın binası da tamamilə dağılmış vəziyyətdə idi”.
Bu sözləri Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
“Buradan Naxçıvana yol açılacaq. Oradan da Türkiyəyə, oradan da Avropaya”, – deyə dövlət başçısı qeyd edib.