İnterneti lərzəyə salan ŞƏKİL: Bayden haqqında qorxulu iddialar yenidən GÜNDƏMDƏ – FOTObackend

İnterneti lərzəyə salan ŞƏKİL: Bayden haqqında qorxulu iddialar yenidən GÜNDƏMDƏ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Co Bayden 2019-cu ildə öldürülüb və maska taxan şəxslə əvəzlənib”.

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələr məlumat yayıb.

Co Baydenin hələ 2019-cu ildə güllələnməsi barədə yayılan şayiələr fonunda internet istifadəçiləri onun qəribə görünən fotolarından birini yenidən gündəmə gətiriblər.

İstifadəçilərin fikrincə, həmin fotoda Co Baydenin üzündə qeyri-təbii detallar əks olunub və onun altında əslində başqa bir naməlum şəxs gizlənir.

Sui-qəsd nəzəriyyəsi tərəfdarları iddia edirlər ki, ABŞ-nin sabiq prezidenti əslində o deyil və onun rolunu xüsusi qrim və ya silikon maska vasitəsilə başqa bir şəxs ifa edir.

Fotoda boyun nahiyəsindəki qırışların və dərinin teksturasının qeyri-təbii görünməsi bu iddiaların əsas arqumenti kimi təqdim olunur.

Bu mövzu son günlər ABŞ Ədliyyə Nazirliyinin sənədlərində yer alan bəzi yoxlanılmamış qeydlərin sızmasından sonra daha da populyarlaşıb.

Bununla belə, rəsmi qurumlar bu cür iddiaları cəfəngiyyat və dezinformasiya adlandıraraq təkzib edirlər.

Xuraman Etibarlı

İnterpress.az