Moskva-Havana təyyarəsində GƏRGİNLİK: Sərnişinlər son anda ENDİRİLDİ – VİDEObackend

Moskva-Havana təyyarəsində GƏRGİNLİK: Sərnişinlər son anda ENDİRİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva-Havana təyyarəsində sərnişinlər son anda endirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Moskva-Havana reysi ilə uçmağa hazırlaşan sərnişinlər son anda, birbaşa uçuşdan əvvəl təyyarədən endiriliblər.

Turistlərin verdiyi məlumata görə, təyyarə az qala havaya qalxacaqmış – mühərriklər artıq işə düşdüyü bir vaxtda pilot Havannada yanacaq olmadığını elan edib və uçuşu ləğv edib.

Hazırda Kubanın eyni vaxtda 9 hava limanı təyyarələri yanacaqla təmin etməyi dayandırıb.

Ölkəyə uçuşlar yalnız o halda mümkün hesab edilir ki, hava gəmisinin geri qayıtmaq üçün daxili çənlərində kifayət qədər yanacaq ehtiyatı olsun.

Məlumata görə, bu ciddi məhdudiyyətlər Venesuelada Nikolas Maduronun devrilməsindən sonra Kubaya qarşı tətbiq edilən yanacaq blokadası ilə əlaqəli ola bilər.

Xuraman Etibarlı

İnterpress.az