Marketpleyslərdə tərkibində insan hüceyrələri olan Koreya patçları satılır.
İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq media və mütəxəssislər məlumat yayıb.
Məşhur onlayn ticarət platformalarında (marketpleyslərdə) tərkibində insan hüceyrələri olan Koreya istehsalı gözaltı patçlar satışa çıxarılıb.
Bu məhsulların tərkibində HAFCM (Human Amniotic Fluid Conditioned Media) adlı maddənin olduğu bildirilir.
HAFCM – canlı insanın dölyanı mayesindən alınan və laboratoriya şəraitində yetişdirilən kök hüceyrələridir.
Qeyd edək ki, bu növ kosmetik vasitələrin Rusiya və Avropa ölkələrində satışı rəsmən qadağandır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, tərkibində canlı insan hüceyrələri və ya toxumaları olan vasitələrdən istifadə etmək sağlamlıq üçün ciddi risklər yarada bilər.
Belə məhsulların dərinin bioloji strukturuna təsiri tam öyrənilmədiyi üçün onlardan uzaq durmaq tövsiyə olunur.
Xuraman Etibarlı
İnterpress.az






