Gelencikdə 4,7 ballıq zəlzələ BAŞ VERDİbackend

Gelencikdə 4,7 ballıq zəlzələ BAŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gelencik yaxınlığında 4,7 maqnitudalı zəlzələ baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı və Rusiya seysmoloji xidmətləri məlumat yayıb.

Rusiyanın Gelencik şəhəri yaxınlığında 4,7 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar qonşu Anapa və Novorossiysk şəhərlərinin sakinləri tərəfindən də aydın hiss olunub.

Novorossiysk şəhərinin meri Andrey Kravçenko hadisə ilə bağlı sakinləri məlumatlandıraraq bildirib ki, yeraltı təkanlar şəhərdən təxminən 30 kilometr uzaqlıqda, yerin 20 kilometrdən çox dərinliyində baş verib.

Merin sözlərinə görə, təbiət hadisəsi nəticəsində şəhər infrastrukturuna və binalara heç bir ziyan dəyməyib. Hazırda vəziyyət stabildir və xəsarət alanlar barədə məlumat yoxdur.

Xuraman Etibarlı

İnterpress.az