Futbol komandası uduzdu, günahkar ŞAMAN OLDU: Evinə HÜCUM EDİLDİ – FOTObackend

Futbol komandası uduzdu, günahkar ŞAMAN OLDU: Evinə HÜCUM EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli komanda uduzdu, azarkeşlər cadugərin evinə hücum etdi: Ruhlarla “dil tapa bilməyib”

İnterpress.az xəbər verir ki, Afrikada futbol ehtirasları qəribə olaya səbəb olub.

Məlumata görə, Mali millisinin Afrika Millətlər Kubokunda Seneqala 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşması yerli cadugərin (şamanın) başına bəla olub.

Sinayoqo adlı ekstrasens milli komandanın 1/4 finala çıxması üçün ruhlarla “razılığa gələ bilməməkdə” günahlandırılıb.

Final fiti səsləndikdən dərhal sonra qəzəbli azarkeşlər şamanın evinə hücum çəkiblər.

Hadisə yerinə gələn polis əməkdaşları onu kütlənin qəzəbindən qorumaq üçün saxlayıblar.

Xuraman Etibarlı

İnterpress.az