İranda islahatçı siyasətçi Əli Şakuri-Rad HƏBS EDİLDİbackend

İranda islahatçı siyasətçi Əli Şakuri-Rad HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda islahatçı siyasətçi Əli Şakuri-Rad həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

İran hakimiyyəti ölkədə baş verən iğtişaşlara və etiraz aksiyalarına dəstək verməkdə ittiham olunan daha bir siyasətçini saxlayıb.

Məlumata görə, islahatçı “Xalq Birliyi Partiyası”nın üzvü Əli Şakuri-Rad hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

O, məhkəmə tərəfindən verilmiş rəsmi order əsasında saxlanılaraq nəzarətə götürülüb.

Qeyd olunur ki, siyasətçi ölkədə sabitliyin pozulmasına yönəlmiş hərəkətləri təşviq etməkdə və asayişin pozulmasına dəstək verməkdə günahlandırılır.

Hazırda faktla bağlı araşdırmalar davam edir.

Xuraman Etibarlı

İnterpress.az