Bullinqə məruz qalan yeniyetmə məktəbə bıçaq, balta və tapança ilə GƏLDİbackend

Bullinqə məruz qalan yeniyetmə məktəbə bıçaq, balta və tapança ilə GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xantı-Mansi Muxtar Dairəsində 14 yaşlı məktəbli məktəbə bıçaq, balta və tapança ilə gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin (XMMD) Sovetski şəhərində yerləşən məktəblərdən birində dəhşətli hadisənin qarşısı son anda alınıb.

14 yaşlı şagird məktəbə daxil olarkən özü ilə gətirdiyi rükzakda bıçaq, balta və pnevmatik tapança gizlədib.

Məlumata görə, müəllimlərdən biri yeniyetmənin şübhəli davranışlarını hiss edərək onun çantasını əlindən alıb.

Silahları aşkar edən müəllim dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Bildirilir ki, şagird onu sıxışdıran həmyaşıdlarından qisas almaq niyyətində olub.

Yeniyetmə bundan əvvəl də münasibətlərinin pis olduğu şagirdlərlə “haqq-hesab çürütmək” istədiyini bildiribmiş.

Hazırda məktəbli saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az