“İran terrorçuluq fəaliyyətini davam etdirərsə,…” – Şərhbackend

“İran terrorçuluq fəaliyyətini davam etdirərsə,…” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran İsrail və ABŞ qüvvələrinə hücuma cəhd etsə, hibrid müharibə genişmiqyaslı müharibəyə çevrilə bilər”.

Bu sözləri son dövrlər İranın srəgilədiyi siyasi gedişatlara münasibət bildirən politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında deyib.

O, vurğulayıb ki, artıq İranın teokratik rejiminə qarşı hibrid müharibəsi başlayıb:

“Suriyanın İraqla sərhədindəki Əbu Kamal şəhəri yaxınlığında İrana məxsus 25 yük maşınından ibarət karvana naməlum təyyarələr zərbə endiriblər. Sosial şəbəkələrdə yayılan görüntülər itkilərin böyük olduğunu göstərir. Bundan başqa, Əbu Kamal ərazisindəki iranlı komandirlərin toplantı yeri də hücuma məruz qalıb. Suriyanın Əbu Kamal əyaləti İrana bağlı “Həşdəş-Şəbi”, “Zeynəbiyyun”, “Fatimiyyun”, Livan və İraq Hizbullahları kimi silahlı qruplaşmaların nəzarətindədir. İran ərazsində hərbi obyektlərə və Suriyanın Əbu Kamal şəhəri yaxınlığında İrana məxsus 25 yük maşınından ibarət karvana zərbə endirilməsi terrorçu teokratik rejiminə qarşı hibrid müharibənin başladığını göstərir.

Əgər İran terrorçuluq fəaliyyətini davam etdirməyə, İsrail və ABŞ qüvvələrinə hücuma cəhd etsə, hibrid müharibə genişmiqyaslı müharibəyə çevrilə bilər. Əliyalın səfirlik içilərinə qarşı terror həyata keçirən İranın İsrail və ABŞ qüvvələrinə qarşı əməliyyat keçirməsi isə gözlənilmir. ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani məhv ediləndə terrorçu teokratik rejim onun qanının yerdə qalmayacağını, intiqamının ən kəskin şəkildə alınacağını bildirirdi. Qasım Süleymanının məhv edilməsindən üç il keçir və İran Qüds qüvvələrinin komandirini məhv edənlərdən heç bir intiqam almayıb. Çünki Qasım Süleymanini məhv edənlər əliyalın səfirlik işçiləri deyildi”.