İranda sutka ərzində üç mindən çox koronavirusa yoluxma halı aşkarlandıbackend

İranda sutka ərzində üç mindən çox koronavirusa yoluxma halı aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda koronavirusun qeydə alındığı ilk gündən bəri (19 fevral) sutka ərzində rekord sayda – 3 574 yoluxma halı qeydə alınıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlama verib.

“Ötən sutka 3 574 nəfər koronavirusa yoluxub. Bununla İranda COVID-19-a yoluxanların ümumi sayı 164 270 nəfərə çatıb”, – deyə, K.Cahanpur söyləyib.

İnterpress.az