İran 44 günlük müharibədə Ermənistana kəşfiyyat məlumatları ötürürmüş.
InterPress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
O, bunları bildirib:
– Xudafərin körpüsü yaxınlığında 70-80 nəfərə yaxın iranlı hərbçi radioelektron mübarizə sistemləri vasitəsilə Azərbaycanın pilotsuz döyüş və kəşfiyyat təyyarələrinin, pilotlu aviasiyasının və vertolyotlarının hava trafikini, bölgədə döyüş aparan Azərbaycan əsgərlərinin ratsiya tezliklərini izləyib;
– Əldə edilən məlumatlar Ermənistanın baş qərargahına ötürülüb;
– Azərbaycan Ordusunun birləşmələrinin ratsiya əlaqəsinə özünün radioelektron mübarizə vasitələri ilə müdaxilə edərək, bölmələr arasında rabitə əlaqəsini əngəlləməyə çalışıb; /azsabah.com/