İrəvanda bu abidənin qoyulması sözün bitdiyi andır…backend

İrəvanda bu abidənin qoyulması sözün bitdiyi andır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan nasizmi qəhrəmanlaşdıran, Hitler əlaltılarının – Qaregin Njde və ya Dramastat Kanayanın abidələrini ucaldan ölkədir, indi onlar bu işdə daha da irəli getməyə qərar verib.

Ermənistanda, daha doğrusu, İrəvanın mərkəzində Daşnaksütyun Partiyasının təşəbbüsü ilə Osmanlı İmperiyasının və Azərbaycan Demokratik Respublikasının liderlərinin məhvi ilə bağlı “Nemezis” terror əməliyyatını təcəssüm etdirən abidə ucaldılması planlaşdırılır.

Qeyd edək ki, “Nemezis” – bütün mənbələrdə terror əməliyyatı adı altında keçir. Hətta ermənilərə sevgisi ilə tanınan məşhur fransız yazıçısı Cerard Şaliand hələ 1950-ci illərdə “Nemezis”i sırf terror əməliyyatı adlandırmışdı. Bir də qeyd etmək lazımdır ki, bu əməliyyatın iştirakçıları olan adlar arasında Rusiya imperiyasının ərazisində də müxtəlif terror aktları həyata keçirənlər var idi.

Bu terror əməliyyatının iştirakçıları kimləri və necə öldürüblər? Bütün bu qəddar terror sifarişlərinin arxasında kimlər dururdu? Arxivlər və həqiqətlər nə deyir? Nasizmi qəhrəmanlaşdıran, terrorizmi reklam edən ermənilərin təhtəlşüurunda nələr baş verir?

Axar.az-ın bu suallarını tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov cavablandırıb.

“Bu əməliyyatın keçirilməsi haqqında qərar 1919-cu ildə İrəvanda keçirilmiş VIII Qurultayda qəbul edilmişdir. O zaman fərdi qaydada terror vasitələri ilə qətlə yetiriləcək Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyətinin 51 dövlət xadiminin siyahısı tərtib edilmişdi. Terrorçulara 51 nəfərdən yalnız 14-nü vəhşicəsinə öldürmək nəsib olur. Əslində uğursuz bir terror aktıdır, amma ermənilər bundan da erməni təbliğatı kimi istifadə edib, “qəhrəmanlıq” dastanı düzəldirlər. Onların tarixində ümumiyyətlə bundan “yaxşı” bir şey yoxdur…

Ermənilərin öz terrorçularını qəhrəmanlaşdırmaq ideyası 1992-ci ilin yayında ASALA qruplaşmasının terrorçusu Monte Melkonyana abidə ucaltmaqla meydana gəlmişdir.

Bu terrorçuya bütün dünyanın gözü qarşısında Dilicanda abidə qoyuldu, hərbi-idman məktəbinə onun adı verildi, Ermənistanın digər şəhərlərində bir neçə küçə də “Monte” adlandırıldı.

2015-ci ildə mən Rusiya, Azərbaycan və Almaniyada “XX əsrdə transmilli erməni terrorunun tarixi” adlı monoqrafiyamı nəşr etdirdim. Bu kitab işıq üzü görəndən sonra Rusiyadakı erməni diasporunun nümayəndəsi məni guya millətlərarası ədavəti və ekstremizmi qızışdırdığıma görə cinayət məsuliyyətinə cəlb etməyə üç dəfə cəhd göstərdi, amma ermənilərin ittihamlarında göstərilən cinayətlərin tərkibinin əlamətləri mənim əməllərimdə aşkar edilmədi.

Bununla da Rusiya hüquq-mühafizə orqanları rəsmi olaraq etiraf etdi ki, Ermənistan terror vasitəsi ilə yaradılmış ölkədir. Sübut edildi ki, Ermənistan haqqında mənim bəyanatım nə ekstremizm, nə də milli ədavətin qızışdırılmasıdır, yalnız tarixi faktların təzahürüdür. Əslində heç də təəccüblü deyil – terrorçu dövlət hakimiyyəti öz terrorçularına abidə ucaldır. Bu onlar üçün nəfəs almaq və ya su içmək kimi təbii bir şeydir…

Ermənilər əsrlər boyu nə isə orijinal bir şey yaratmağa qadir olmayıb. Adolf Hitler və onun “Mayn Kampf” irqi nəzəriyyəsi olmasaydı, Njde və ya onun “Tsehakron” nəzəriyyəsi də olmazdı. “Nemezis” əməliyyatı da bu qəbildəndir.

Faktiki olaraq, daşnaklar “Nemezis” əməliyyatı zamanı Britaniya imperializminin muzdlu killerləri rolunda çıxış edərək, bütün çirkin işləri qismən yerinə yetiriblər. Budur, indi Ermənistanda onlar “milli qəhrəman” elan olunacaqlar… Necə deyərlər – sözün bitdiyi an”, – deyə müsahibimiz qeyd edib.