İŞİD terrorçularının arvadları İraq həbsxanasında aclıq aksiyası KEÇİRİR – FOTOLARbackend

İŞİD terrorçularının arvadları İraq həbsxanasında aclıq aksiyası KEÇİRİR – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan olan İŞİD terrorçularının arvadları İraq həbsxanasında aclıq aksiyası keçirirlər.

İnterpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Rusiyada qadağan olunmuş terror qruplaşması ilə əlaqədə ittiham olunan 57 Rusiya vətəndaşı bir həftədir ki, Bağdadın Rusafa həbsxanasında yeməkdən imtina edib.

Onların hamısı İŞİD yaraqlılarının həyat yoldaşları olub və İraq məhkəməsi tərəfindən uzun müddətə həbs ediliblər.

Vəhhabi arvadları özləri və yaxınları günahsız olduqlarını və İŞİD-ə qoşulmadıqlarını, sadəcə ərlərinin arxasınca getdiklərini iddia edirlər.

Rusiyalı qadınlar işlərinə baxılmasını və öz vətənlərinə qaytarılmasını tələb edirlər.

“Biz hökmlərimizlə razı deyilik və övladlarımızın və qohumlarımızın yanına getmək istəyirik”, – BBC məhbuslardan birinin sözlərini sitat gətirib.

Bu, ilk aclıq aksiyası deyil – hələ 2023-cü ildə Rusafada 400 qadın etiraz aksiyası keçirib. Lakin onların tələbləri yerinə yetirilməyib.

Xuraman Etibarlı

İnterpress.az