İsrail 4 girovun cəsədi müqabilində fələstinli məhbusları azad etməyə HAZIRDIRbackend

İsrail 4 girovun cəsədi müqabilində fələstinli məhbusları azad etməyə HAZIRDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail 4 girovun cəsədi müqabilində fələstinli məhbusları azad etməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə Ynet-ə danışıqların gedişi ilə tanış olan israilli mənbə bildirib.

Sonuncunun sözlərinə görə, əsas şərt Bibas və Lifşits ailə üzvlərinin cəsədlərinin təhvil verilməsi zamanı olduğu kimi, cəsədlərin bu gün və “heç bir alçaldıcı mərasimlər olmadan” təhvil verilməsidir.

Fevralın 22-də HƏMAS-ın azad etdiyi 6 girovun müqabilində yuxarıda adı çəkilən 620 məhbus azad edilməli idi.

Bununla belə, İsrail baş nazirinin ofisi HƏMAS-ın dəfələrlə qanun pozuntularına yol verdiyinə görə onların azadlığa buraxılmasını təxirə salmaq qərarını açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az