İsrail səfiri Mingəçevirdəki İES-ə baş çəkibbackend

İsrail səfiri Mingəçevirdəki İES-ə baş çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik Mingəçevir şəhərinə humanitar səfər edərək Cənubi Qafqaz regionunda ən böyük olan “Azərbaycan” istilik elektrik stansiyasında (İES) olub.

Bu barədə “Azərenerji” ASC-dən məlumat verilib.

Xatırladaq ki, bu ay erməni silahlı birləşmələri dəfələrlə şəhərə, ələlxüsus enerji obyektlərinə ballestik raketlər atıb. Həmin raketlərin əksəriyyətini Hərbi Hava Qüvvələri zərərsizləşdirib, 2 ədəd raketin hissəsi isə oktyabrın 4-də və 11-də “Azərbaycan” İES-in ərazisinə düşüb.

Səfir əvvəlcə İES-in ərazisində ucaldılmış Ulu Öndər Heydər Əliyevin heykəlinin və Şəhidlər abidəsinin önünə gül dəstələri qoyub, daha sonra stansiyanın ərazisini gəzərək raket düşən yerlərlə tanış olub.

Səfər zamanı “Azərenerji”nin və stansiyaların mütəxəssisləri buradakı fəaliyyət, aparılan yenidənqurma işləri və baş vermiş terror aktlarının təfsilatları barədə səfirə məlumat verib.

Sonra səfir “Mingəçevir” Su Elektrik Stansiyasına gəlib və oradakı vəziyyətlə tanış olub.

İnterpress.az