İsrailin xarici işlər naziri Kanadada sinaqoqun yandırılmasını pisləyib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Saar öz X hesabında yazıb.
“Mən Monreal sinaqoquna antisemit hücumunu qətiyyətlə pisləyirəm. Bu, Beyt HaTikvaya qarşı ikinci yandırma hücumudur, o zamanlar 7 oktyabrdan (2023) sonra hücuma məruz qalan ilk sinaqoq idi. Bu antisemit dalğasına dözmək olmaz. Mən Kanada hakimiyyətini antisemitizmə qarşı ən qəti tədbirlər görməyə çağırıram!”, – Saar bildirib.
Bundan əvvəl Kanada polisi Monrealda sinaqoqun növbəti mümkün yandırılması barədə məlumat verib. Bildirilib ki, hadisə ötən gecə baş verib.
Hadisə yerində yandırıcı qurğu aşkarlanıb və şahidlər bir şübhəlinin hadisə yerindən qaçdığını müşahidə ediblər. Yanğın söndürülüb, itki yoxdur. Eyni sinaqoq ötən il noyabrın 8-də də hücuma məruz qalmışdı.
Xuraman Etibarlı
İnterpress.az