İsveçrədə yüzlərlə könüllü yaylaqlarda qoyunları canavarları qorumaq üçün Alp dağlarında keşik çəkir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İsveçrədə yerləşən Alp Dağlarını Qoruma Təşkilatı (Oppal) qeyri-hökumət təşkilatının (QHT) başlatdığı proqram çərçivəsində təxminən 400 nəfər qoyunları qorumaq və sürüyə hücum edə biləcək canavarların qarşısını almaq üçün könüllü olaraq iştirak edib.
Qeyd edilib ki, burada məqsəd yay mövsümünün sonuna kimi həm qoyunların, həm də canavarların sağ qalmasını təmin etməkdir.
Bildirilib ki, üç il əvvəl vəhşi təbiətlə insan fəaliyyəti arasında tarazlığı təmin etmək üçün qurduqları QHT bu layihə ilə ölkədə artan canavar populyasiyasının yaratdığı problemlərə həll yolu tapmaq istəyir.
Oppalın layihəsində iştirak edən Fransua Mach-Buhayer İsveçrə Alp dağlarının müxtəlif nöqtələrində 5 günlük düşərgələr quraraq qoyun və canavarları qoruduqlarını bildirib.
57 yaşlı bioloq həyat yoldaşı ilə gecələr növbə ilə işlədiyini, ötən həftə 480-ə yaxın qoyuna qulluq etdiklərini bildirib.
Çoban Mathis fon Siebenthal Oppalın layihəsinin ona böyük rahatlıq yaratdığını deyib.
Qeyd edək ki, İsveçrədə ən azı 100 il əvvəl nəsli kəsilmiş canavar sürülərinin sayı 2012-ci ildən artmaqdadır. Bu ilin əvvəlində İsveçrə Alp dağlarının müxtəlif yerlərində 250-yə yaxın canavar aşkar edilib.
Təbiəti mühafizə qrupları bunu müsbət hal hesab edərək, canavar populyasiyasının geri qayıtmasının ekosistemi daha sağlam edəcəyini qeyd edirlər. Bununla belə, seleksiyaçılar və çobanlar da kənd təsərrüfatı heyvanlarına hücumların artmasından şikayətlənirlər. Ötən il ölkədə ən azı 1480 baş mal-qara canavar tərəfindən öldürülüb.
Daha sonra Bern administrasiyası keçən il canavar ovuna dair qaydaları yumşaldıb və 4 sürüsünü nəzarətdə saxlamaq və 24 canavar öldürmək qərarına gəlib.